Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə “qopuz” sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: “telli (simli) qopuz”, “yaylı (kamanlı) qopuz”, “vurmalı (zərblə səsləndirilən) qopuz” “qolça qopuz” və “ağız qopuzu” deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən “ağız qopuzu” adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.
Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər. === Profilaktikası: === Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Böyük-Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azad çaydır.
Böyük Alatəmir
Böyük Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Böyük Alatəmir Qax rayonunun Qaxingiloy inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qaxingiloy kəndindən çıxmış ailələr vaxtilə Alatəmir adlı şəxsə məxsus torpaq sahəsindəki binə yerində saldığına görə belə adlanmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 718 nəfər əhali yaşayır.
Böyük Alfred
Böyük Alfred (849[…], Vantedj[d], Uesseks krallığı[d] – təq. 26 oktyabr 899, Uinçester, Uesseks krallığı[d]) — 871–899-cu illər arasında Uesseks kralı. == Həyatı == Alfred vikinqlərə qarşı mübarizə aparmışdır. O, "Böyük" ləqəbi ilə ünvanlandırılan tək ingilis kralıdır. Hakimiyyəti dövründə təhsilə təşviq etmişdir və krallığın hüquq sistemini inkişaf etdirmişdir.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km².3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Böyük Arıxvəli
Böyük Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir. «Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz əksini tapır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.
Həşəratda ağız orqanlarının quruluş tipləri
Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı. == Gəmirici tipli ağız orqanları == Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir.
Böyük Ayaks
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Böyük Ayrım
Böyük Ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində yerləşir. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391, 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Böyük Azərbaycan
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur. Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır. Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir. == Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası == Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.
Böyük Ağayev
Böyük Məmməd oğlu Ağayev (10 dekabr 1907, Şuşa – 18 oktyabr 1965, Bakı) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR səhiyyə naziri (1958–1963), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru (1963–1965). == Həyatı == Böyük Məmməd oğlu Ağayev 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 14 yaşında olarkən Şuşa Müəllimlər Seminariyasına daxil olmuş və beş ildən sonra Şamaxı qəzasının kənd məktəblərindən birində müəllimliyə başlamışdır. Sonralar o, Şirvan dairə xalq maarif şöbəsinin müfəttişi, Qutqaşen rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində işləmişdir. Elə həmin illərdə qiyabi şəkildə ali pedaqoji təhsil alaraq 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutununun Müalicə-profilaktika fakültəsini bitirmişdir.Təhsilini bitirdikdən sonra Böyük Ağayev Göyçay sanatoriya-epidemioloji stansiyasında həkim-malyarioloq vəzifəsində işləmiş, Kürdəmirdə tropik stansiyanın müdiri olmuşdur. 1948–1953-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi, 1953-cü ilin aprel ayından Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1958-ci ilin yanvar ayından isə Azərbaycan SSR səhiyyə naziri vəzifələrində işləmişdir. 1963-cü ilin may ayından həyatının sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur.1942-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Böyük Ağayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. O, 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni (1961) və SSRİ medalları ilə təltif edilmişdir.Böyük Ağayev 1965-ci ildə Bakıda vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Агаев Беюк Мамед оглы" (rus).
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Böyük Bandunq
Böyük Bandunq metropol sahəsi (ind. Kawasan metropolitan Bandung Raya) — Bandunq və Qərbi Yavanı əhatə edən metropol. 2014-cü ildə əhali 8,5 milyon idi və Niderland Ost-Hindi dövründə Mərkəzi Prianda Rezidenturası rəhbərliyinin əvvəlki hissələrindən və şəhərlərindən ibarət idi. Bandunqun Kertacati Beynəlxalq Hava Limanı, Aerotropol ( infrastruktur və iqtisadiyyatın multimodal "hava limanı şəhəri" ticarət nüvəsi kimi xidmət edən hər hansı hava limanında mərkəzləşmiş bir metropol subregionudur.) və Patimban Beynəlxalq Dəniz Portu arasında şəhər ərazilərində davamlı inkişaf səbəbiylə Qərbi Yava əyalət hökuməti və Regional Planlaşdırma İdarəsi yeni təyin olunmuş ümumi sahəsi 5500 km2 -dən çox olan və 11 milyondan çox əhalisi olan Bandunq Metropol sahəsi üçün bir plan hazırlayıb yayımladı.Yeni metropol sahəsinə Subanq inzibati ərazisi və Macalenqka inzibati ərazisinin hissələriylə bütün Sumedanq inzibati ərazisi daxildir və Cirebon metropolitan sahəsini əhatə edir. Birlikdə iki metro sahəsi 14 milyondan çox insanı əhatə edir. == Məkan == Bandunq Qərbi Yava əyalətinin mərkəzi-qərb hissəsində dağlıq plato ərazisində yerləşir və İndoneziyada metropollar içində üçüncü ən yüksək əhalisinə malikdir. == Qərbi Yava şəhər dəhlizi == Bandunq metropol sahəsi Ciancur şəhəri yaxınlığında Böyük Cakarta ("Cabodetabek") metropolunun şərq kənarından 20 km-dən az olan məsafədən başlayır Cakartanın genişləndirilmiş metropolunun Purvakarta inzibati ərazisi ilə şimal sərhədində yerləşən Cabodetabekcur-Ciranqkarta məntəqəsi ilə bitişikdir.Bantendəki Seranq inzibati ərazisindən Böyük Bandunqa metropoluna uzanan şəhər dəhlizi 44 milyondan çox insana ev sahibliyi edir. == Təyinat == Bandunq Metropol sahəsi rəsmi Bandunq inzibati ərazisi və Qərbi Bandunq inzibati ərazisi (2007-ci ilədək Bandunq inzibati ərazisinin tərkibində olmuşdur), Bandunq və Cimahi şəhərlərini əhatə edən metropol olaraq müəyyən edilib.
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Böyük Beqiçev
Böyük Beqiçev — ada Xatanqa körfəzinin Laptevlər dənizinə çıxış nöqtəsində qərarlaşır. İnzibati cəhətdən Yakutiyanın Anabar rayonu ərazisində yerləşir. Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adadan qərbdə 7 km enə malik Pioner boğazı ilə ayrılmış Kiçik Beqiçev adası yerləşir. 14 km şimalda isə Preobrajeniya adası yerləşir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır.
Böyük Bermamıt
Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir. == Adı == XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir. Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir. Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir. == Ümumi məlumat == Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir.
Böyük Bolqarıstan
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Ağıl Dəryası
"Ağıl dəryası" — ANS telekanalında 11-ci sinif şagirdləri arasında keçirilən intellektual yarışma "Ağıl dəryası" hazırda altı mövsümdür ki, davam edir. Ümumilikdə isə mövsümlər tədris ilinə uyğun olaraq bu cür qeyd edilir: I Mövsüm 2009-2010 II Mövsüm 2010-2011 III Mövsüm 2011-2012 IV Mövsüm 2012-2013 V Mövsüm 2013-2014 VI Mövsüm 2014-2015 "Ağıl dəryası" verilişinin altı mövsümdür ki, layihə rəhbəri Elçin Bayramovdur. == Qaydalar == Hər oyunda 9 iştirakçı iştirak edir. Bu 9 iştirakçı arasında qalib olan iştirakçı yarımfinal mərhələsinə vəsiqə qazanır. Yarımfinalların da qalibləri finalda üz-üzə gəlirlər. Finalda qalib gələn şəxs isə xaricdə təhsil almaq hüququ əldə edir. Həmçinin bu mərhələdə (finalda) Riyaziyyat fənnindən də imtahan keçirilir və imtahan nəticələri birbaşa ümumi nəticələrə təsir göstərir. == Oyunun qaydaları == === 1-ci tur === İştirakçılara 10 sual test üsulunda verilir və bu suallara daha çox düzgün cavab verən 6 iştirakçı 2-ci tura keçir. Suallar Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya, fizika, kimya fənnləri üzrə olur. 9 və 10-cu suallar ingilis dili və milli musiqilərlə bağlı olur və bu turdan sonra ilk 6-lığa düşən oyunçular tam bəlli olmazsa, ( 2 və ya daha çox iştirakçının xalı eyni olarsa ) əlavə sual turu keçirilir və burada test üsulu ilə verilən sualı düzgün cavablandıran iştirakçı və ya iştirakçılar növbəti tura keçir.
Ağıl dişi
Ağıl dişi — insanlarda adətən 17–25 yaşlarında çıxan azı dişidir. İlk insanlar bir çox bitki növüylə qidalanırdılar və gün ərzində ehtiyac duyduqları bütün qidaları almaq üçün kafi miqdarda bitkini, kifayət qədər sürətli şəkildə yeməyə məcbur idilər. Bu səbəblə, daha geniş bir ağzı daha məhsuldar etmək üçün əlavə bir sıra azı dişimiz mövcud idi. Sellülozanın bədən tərəfindən kafi şəkildə həzm qabiliyyətindən məhrum olunduğu üçün bu xüsusilə lazımlı idi. Təkamül ərzində seçimlər etdikcə qidalar dəyişdi, çənə yeni vəziyyətə uyğunlaşaraq kiçildi və üçüncü azı dişlər lazımsız hala gəldi. İndiki vaxtda bəzi insanlarda ağıl dişlərinin çıxması tamamilə dayanmışkən, bir sıra insanlarda isə 100% nisbətində bu dişlər çıxmaqdadır.
Ağıl fəlsəfəsi
İdrak fəlsəfəsi — mövzusu ağlın təbiəti, o cümlədən ağlın fiziki reallıq ilə nisbəti olan fəlsəfi fənn.XIX əsrdə Artur Şopenhauer ağlı "Kainatın əngəli" adlandırmış, onun insan biliyinin ən qaranlıq hissəsi olduğunu vurğulamışdır. Ağıl fəlsəfəsi XX əsrdə ən populyar mövzulardan birinə çevrilmişdir. Bu mövzu haqqında hər il çoxlu ədəbiyyat nümunələri nəşr olunurdu. Müasir ABŞ filosofu Riçard Rorti bildirmişdir ki, təfəkkür fəlsəfəsi indiki dövrdə əlverişli olan tək fəlsəfi fənndir. Ağıl fəlsəfəsi antik dövrə qədər gedib çıxır. Platon və Aristotel dualizmin ilk mütəfəkkirlərindəndir, çünki onlar düşünürdülər ki, ağıl materiyadan ayrı bir ontoloji reallıqdır. Monizm ənənəsinin kökündə başqa bir qədim yunan filosofu olan Parmenid dayanır. O, iddia edirdi ki, varlıq və ağıl birdir. Dualizm Qərb fəlsəfəsinə 17-ci əsrdə Rene Dekart sayəsində daxil oldu. Dekart kimi substansiya dualistləri ağılın müstəqil mövcud olan substansiya olduğunu iddia edirdilər, xüsusiyyət dualistləri isə ağılın beyində üzə çıxan və beyinə reduksiya edilə bilməyən bir sıra müstəqil xüsusiyyətlər olduğunu, ancaq ayrı bir substansiya olmadığını müdafiə edirlər.
Ağır atletika
Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür. Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər. == Tarix == Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir.
Ağır mayelər
Ağır mayelər - yüksək xüsusi çəkiyə (£5,3) malik, kövrək və əzilmiş süxurlardan ağır mineralları və üzvi qalıqları (sporlar, tozcuqlar, mikrofauna) ayırmaq üçün işlədilən mayelər. Ən çox Tüle mayesi (xüsusi çəkisi 3,19), bromoform (xüsusi çəkisi 2,9), Suşin mayesi (xüsusi çəkisi 3,45) və b. istifadə edilir. == Həmçinin bax == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Ağır metallar
Ağır metallar - xüsusi çəkisi 4,5 q/sm3-dən artıq olan kimyəvi elementlər. 40-dan artıq - qurğuşun, kadmium, civə, sink, molibden, manqan, nikel, , kobalt, mis, vanadium, qalay və başqaları. == Ümumi məlumat == Ağır metalların tərkibində insan həyat üçün vacib olan metallar (sink, dəmir, manqan, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib ağır metalların konsentrasiya artıq olduqda onlar insan üçün təhlükəli olurlar. İnsan sağlamlığına təhlükəliyə görə ağır metallar 3 qrupa bölünür: I sinif - arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink II sinif - kobalt, xrom, mis, molibden, nikel, stibium. III sinif - vanadium, barium, volfram, manqan, stronsiumAğır metallar ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Ağır su
Ağır su — adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növü. Adi suda təxminən 0,016% D2O olur. Ağır suyu ilk dəfə 1932-ci ildə E. Uoşberi və H. Yuri adi sularda kəşf etmişlər. Onu 1933-cü ildə Amerika Birləşmiş Ştatlarında, 1934-cü ildə SSRİ-də almışlar. D2O xassəsinə görə adi sudan fərqlənir: sıxlığı 1100 kq/m3-dur, 101.43 C-də qaynayır, +3.813 C-də donur. Maddələrin çoxu ağır suda pis həll olur və adətən reaksiyalar ağır suda zəif gedir. Adi su ilə müqayisədə reaksiyalar 4–6 dəfə zəifləyir. Ağır suyu sənayedə adi sudan elektroliz, fraksiyalı distillə üsulları ilə alırlar. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur. == Tətbiqi == Sənayedə kənd təsərrüfatında və məişətdə suyun mühüm və çoxsahəli tətbiqi vardır.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Ağır tank
Ağır tankın ümumiyyətlə yüngül siniflərdən daha qalın bir zirehi və daha böyük bir silahı var, lakin daha az hərəkətli və çevik olmayan; daha yüksək istehsal və istifadə xərcləri olan bir tank sinifidir. Sinifin mənşəyi Birinci Dünya Müharibəsi və ilk tanklara əsaslanır; piyada ilə yaxından işləmək və həm artilleriya, həm də ilk tank əleyhinə silahlara qarşı durmaq üçün hazırlanan ilk tanklar neytral zonada yaşamaq üçün kifayət qədər zirehə sahib idi. Yüngül tanklar təqdim edildikdə daha böyük dizaynlar ağır tanklar kimi tanınmağa başladı. Oxşar bir "hücum" rolu İkinci Dünya Müharibəsində də istifadə edilmişdir. Tankların başqa tanklar ilə mübarizə aparması adi hala gəldikdən sonra, ağır tanklar çox güclü tank əleyhinə silahlarla, əsas etibarilə toplarla təchiz olunmağa başlanıldılar. İkinci Dünya Müharibəsinin sonunda həm ağır istehkamlara, həm də digər tanklara qarşı ağır tanklar istifadə edilmişdir. Hücumlaraa rəhbərlik etmək üçün istifadə edildiklərində "hücum tankları" kimi də tanınırdılar. Onlar ümumiyyətlə xüsusi ağır tank bölmələrində təşkil olunurdular. Əsas döyüş tankı sinifinin ortaya çıxmasından sonra bir neçə yeni model istisna olmaqla ağır tank istehsalı başa çatdı. 1960-cı illərdə artıq ağır tankların dövrü başa çatmışdı.
Elektron kağız
Elektron kağız (e-kağız) – adi kağızda çapı imitasiya etmək üçün işlənib hazırlanmış və elektroforez hadisəsinə əsaslanan informasiyanın əksolunması texnologiyası. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq, elektron kağız, adi kağız kimi, görüntünü qaytarılmış işıqda formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur. Elektron kağızı rəqəmsal kağızdan (DIGITAL PAPER) fərqləndirmək lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
Həqiqətin ağzı
== Məzmunu və tarixçəsi == "Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it.
Kağız formatı
Kağız formatı və ya A formatları — beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
Aqil Əliyev. Böyük alim, böyük insan qısametrajlı sənədli televiziya filmi 2007-ci ildə Lider Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Aqil Əliyev haqqındadır. == Məzmun == Film Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü Aqil Əlirza oğlu Əliyevə həsr olunmuşdur.
Aqil
Aqil — Kişi adı.
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Atqız
Atqız — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi. 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Yerli tələffüz forması AtqizToponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir.1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə öz doğma ocaqlarından qovulmuşdur.
Ağbiz
Ağbiz — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd Ağbiz dağının yamacındadır. Kənd əvvəllər Sofulu tayfasına məxsus olan eyniadlı qışlaq yerində salınmışdır. Ərazi öz adını Ağbiz dağının adından almışdır. VII əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaşayış məskəni yad olunur. 1933-cü ildə Zəngilan rayonu ərazisində iki Ağbis kənd adı qeydə alınmışdır.
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Adsız qiymətli kağız
Adsız qiymətli kağızlar — qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür. [mənbə göstərin]Adsız qiymətli kağız - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan qiymətli kağızlar. Bu qiymətli kağızlar üzrə sahiblik hüququ müvafiq sertifikatı təqdim edən şəxsə aiddir. Anonimliyini saxlamaq istəyən investorlar üçün maraqlıdır. (Mülki Məcəllə Komentariyası) Adsız səhmlər - Sahibi haqqında heç bir yerdə qeydiyyat aparılmayan səhmlər. Bu səhmlər üzrə sahiblik hüququ müvafiq sertifikata malik olan şəxsə aiddir.
Qız
Qız — insanın dişi uşağı. Qızın nə zaman bir qadın olması muxtəlif ölkələrdə və toplumlarda fərqlidir. Qız yeniyetmə mərhələsindən sonra gəncliyə girəndə qadın hesab olur.
Böyük döyüş (film, 1972)
Böyük döyüş (ing. The Big Fight) və ya Günəşdəki qan (ing. Blood on the Sun) — 1972-ci ildə Yuan Şinq San və Sunq Tin Mey tərəfindən çəkilən Honkonq döyüş filmi. == Süjet == İkinci Dünya müharibəsində, Çinin şimalında yerləşən bir qəsəbədə işğalçı Yaponiya qüvvələri bacarıqlı döyüşçülərin yerli mübarizəyə qoşulmaqlarından qorxurdu. Buna görə də, onlar çinli döyüşçüləri öldürmək üçün böyük bir turnir həyata keçirirlər. == İstinadlar == == Xarici keçidlər == The Big Fight — Internet Movie Database saytında.
Böyük Zab çayı üzərində döyüş
Böyük Zab çayı üzərində döyüş (ərəb. معركة الزاب‎) — 25 yanvar 750-ci ildə, Üçüncü fitnə əsnasında indiki İraqda, Böyük Zab çayının sahilində Əməvilər və Abbasilər arasında döyüş. Abbasilərin qələbəsi Əməvi xilafətinə son qoymuş və Abbasilər xilafətinin başlanğıcı olmuşdur. == Effektlər == II Mərvan döyüş meydanından qaçmış və Şam şəhərinə qayıtmışdır. Abbasilər ciddi müqavimətlə qarşılaşmadan şəhərə daxil oldular və II Mərvan Misirdəki Əbusir şəhərinə sığınmalı olmuşdur. Suriyadakı kiçik müqavimət göstərən qruplar bir neçə ay ərzində Abbasilər tərəfindən darmadağın edilmişdir. Böyük Zab çayı üzərindəki döyüşündən bir neçə ay sonra II Mərvan 1 və ya 5 avqust 750-ci ildə öldürülmüşdür. Əməvilər sülaləsini Abbasilər sülaləsi əvəz etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Сражение Марван и Абдаллах". vafrike.ru.